Düşüncələrimizi "oxuyan" texnologiyalar.... — Bizi izləyən nələrdir?

GÜNDƏM 15 oktyabr 2024, 16:10
 İnternet dünyasında insanların izlənildiyinə dair zaman-zaman bir sıra iddialar səsləndirilir. Yayılmış iddialardan biri də mobil cihazlar vasitəsilə insanların nə düşündüklərinin, nə danışdıqlarının öyrənilməsidir.  Bir çox insan “Google”, “Instagram” kimi platformalarda, sosial şəbəkələrdə haqqında danışdığı, hətta düşündüyü məsələlər barədə reklamlarla qarşılaşdıqlarını deyir. Buna əsaslanaraq bu platformalar tərəfindən izlənildiklərindən şikayət edirlər.

Məsələyə münasibət bildirən informasiya texnologiyaları üzrə ekspert Vasif Qəhrəmanov Demokrat.az- a açıqlamasında bu problemin uzun zamandır mövcud olduğunu deyib:

“Hətta bununla bağlı “Meta” şirkətini məhkəməyə vermişdilər. Şirkətin təsisçisi və rəhbəri Mark Zukerberq açıqlama verərkən bildirmişdi ki, heç bir izləmə yoxdur. Amma rəsmi olaraq açıqlanmasa belə bu cür hallarla insanlar tez-tez qarşılaşırlar. Bunun qarşısını almaq mümkün deyil. Təkcə “Meta” şirkəti deyil, “Google” belə bir-biri ilə əlaqəli şəkildə insanları izləyir. Səsyazmalar, maraq dairəmiz haqqında məlumatları toplayıb əlaqəli reklamları qarşımıza çıxarır. Bəli, insanlar deyirlər ki, düşündüm və qarşıma reklamı çıxdı, doğrudur, bu, mənim də başıma gəlib. “Meta”, “Google” texnoloji cəhətdən bizi çox dəqiq izləyir, maraq dairəmizi öyrənir, buna görə də haqqında danışdığımız, düşündüyümüz çox şey müxtəlif platformalarda reklam şəklində qarşımıza çıxır. Ola bilər elə texnologiyalar var ki, insanın düşüncələrini dəqiqliklə analiz edir,  amma bu barədə ictimaiyyətə açıqlama verilmir. Bu, elə bir səviyyəyə gəlib çatıb ki, bizə möcüzə kimi görünür, əslində isə bu da bir elmdir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 noyabr 2024, 17:19
Top