Biz süni intellekt strategiyası hazırlamışıq. Növbəti üç il ərzində bu istiqamətdə 50 faiz artım planlaşdırmışıq. Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq. Bunu bir neçə gün əvvəl rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Bəs təhsil sistemimiz bu strategiyaya hazırdırmı?
Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov Demokrat.az-a danışıb.
"Süni intellektdən tədris prosesində istifadə etmək artıq bir neçə ildir ki, dünyanın təhsil sistemində mövcuddur. Bu tədris metodu sürətlə genişlənməkdə davam edir"
"Nəinki, sadəcə inkişaf etmiş ölkələrdə, keçmiş MBD məkanına da tədrisdə süni intellekt təcrübəsi illərdir var"
Təkcə ali təhsil səviyyəsində deyil, ümumitəhsil sahəsində də tətbiq olunur. Biz bu məsələ ilə bağlı işlərə bir qədər gec başlamışıq. Süni intellektdən tədris prosesində istifadə təkcə ali təhsil müəssisələrində deyil, eyni zamanda, ümumtəhsil məktəblərində də istifadə olunmalıdır. Bütün bunlar zamanın tələbidir. Bu gün süni intellektdən istifadə etmək tədris prosesinə yardımçı meyar olacaq. Düşünürəm ki, tədris prosesinin daha effektiv şəkildə aparılmasına və tədris proqramlarının mənimsənilməsinə müsbət şəkildə təsir edəcək.
Mehriban Mirzəzadə
Demokrat.az