"Real Madrid" "Qalatasaray"ın futbolçusunu transfer edir

İDMAN 14 oktyabr 2024, 15:41

"Real Madrid" "Qalatasaray"ın futbolçusunu transfer edə bilər.

Demokrat.az
"Fanatik"ə istinadən xəbər verir ki, 2023-cü ilin yayında "Tottenhem"dən "Cim-Bom"a transfer olunan Davinson Sançes İspaniya klubunun maraq dairəsinə düşüb.

9,5 milyon avroya transfer olunan Sançes gəldiyi gündən baş mışqçi Okan Buruk üçün əsas oyunçulardan birinə çevirilib. Lakin "Real Madrid"in mümkün transfer təklifi onun gedişinə səbəb ola bilər. Transferin reallaşıb-reallaşmaması ispanların təklif edəcəyi məbləğdən asılı olacaq.

Qeyd edək ki, Sançes əvvəllər Kolumbiyanın "Atletiko Nasional" klubunda çıxış edib. 2016-cı ildə "Ayaks" onu 5,5 milyon avroya alıb və cəmi bir il sonra "Tottenhem"ə 42 milyon avroya satıb. Futbolçu Kolumbiya millisində 65 oyun keçirib və 2 qol vurub.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top