"Düşünmürəm ki, Avropa İrana ciddi sanksiyalar qoysun" — Politoloq

DÜNYA 12 oktyabr 2024, 18:32
Bir neçə gündür ki, İranın Rusiya ilə münasibəti Aİ gündəliyindən düşmür. Hətta, İrana qarşı sanksiyaların tətbiq ediləcəyi də istisna edilmir. Tehran iddiaları rədd etsə də, göndərdikləri hərbi yardımlar ortaya çıxmaqda davam edir.

Sanksiya məsələsinə gəldikdə isə politoloq Orxan Vəliyev Demokrat.az- bildirib ki, son iki ildə İran Rusiyaya mindən çox kamikadze dron verib:

"İndi isə qıssa mənzilli ballistik raketlərin ötürülməsi iddiası çıxıb ki, Tehran inkar edir.Avropa düşünmürəm İrana ciddi sanksiyalar qoysun.  Əlində ciddi sübut yoxdur, Rusiyaya ilə soyuq savaş Avropa iqtisadiyyatına ciddi zərər vurub, bu üzdən bir də İranla əlaqəni tamamən kəsmək istəmir.Qeyd edim ki, bu il İran və Avropa birliyinə üzv ölkələr arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% artıbdır. ( 2023-cü il 4.8 milyard) Ən yaxın ticarət tərəfdaşı Almaniya və İtaliyadır".

Mehriban 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top