Mourinyonun qızı görün kiminlə evlənir — Portuqaliyada "İlin toyu"

DÜNYA 12 oktyabr 2024, 12:20
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun böyük övladı Matilde bu gün atasının doğulduğu Lissabon yaxınlığındakı Setubaldakı Azeitao ailə bağında uzun müddətdir nişanlısı Denni Qremlə evlənəcək. 

Demokrat.az
xəbər verir ki, yüzlərlə qonağın dəvət olunduğu tədbir üç fərqli məkanda keçiriləcək. Bəzi qonaqların şəxsi təyyarələrlə qatılacağı toya Portuqaliyada "İlin toyu" deyilir.

Cütlük 2016-cı ildə tanış olub və Matilde sevgilisini Portuqaliyaya apararaq, onu nənəsi və babası ilə tanış edib. Ötən ilin avqustunda nişanlanan cütlük bu gün toy edəcək, lakin qeyd etmələr bununla məhdudlaşmayacaq.

"The Mag by Flash"ın xəbərinə görə, toy mərasimi ötən gecə 80 hörmətli qonağın iştirak etdiyi şam yeməyi ilə başlayıb. Həftəsonu ərzində daha çox dost və ailə üzvlərinin qoşulacağı xüsusi tədbirdə 300-dən çox insanın iştirak edəcəyi gözlənilir. Bölgədəki otellərin tamamilə dolu olduğu, bəzi qonaqların şəxsi təyyarələrlə eniş edəcəyi və sürücülü maşınlarla daşınacağı bildirilir.

Rəsmi mərasim şənbə günü əsaslı təmir işləri aparıldığı deyilən ailə bağ evində baş tutacaq. Qonaq siyahısı açıqlanmasa da, 61 yaşlı Mourinyonun 28 yaşlı qızının toyuna bir çox önəmli simanın qatılacağı təxmin edilir.

Xüsusi mərasimdən sonra qonaqları daha bir maraqlı gün gözləyir. Buna bazar günü üçün planlarına Lissabondan 30 dəqiqə məsafədə yerləşən məşhur Herdade do Peru tədbirində toplaşmaq daxildir.

Uzun müddətdir ölkəsindən uzaqda, Londonda yaşayan Matilde atasının böyüdüyü yerə yaxında ailə qurmaq istədiyini bildirib.

2021-ci ilin avqustunda Conde Nast Moda və Dizayn Kollecində magistr dərəcəsi alan Matilde bu yaxınlarda İngiltərədə məşhur müştəriləri olan "Matilde Sustainable Jewellery" brendini qurub və atası da bu zinət əşyalarından tez-tez istifadə edir. Matildenin nişanlısı Qrem Londonda yerləşən "Agace and Graham" əmlak məsləhətçi firmasının direktoru və həmtəsisçisidir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 oktyabr 2024, 21:28
12 oktyabr 2024, 21:09
12 oktyabr 2024, 20:22
Top