Rus qadını Malayziyada bu hərəkətinə görə şallaqlayacaqlar

DÜNYA 12 oktyabr 2024, 11:56
Malayziyanın Şah Aləm rayonunda polis yolda nəqliyyatın hərəkətinə maneçilik törədən rusiyalı qadını saxlayıb. İlkin məlumata görə, o, narkotikin təsiri altında olub. 

Demokrat.az
xəbər verir ki, "Malay Mail"in məlumatına görə, evsiz olduğu iddia edilən rusiyalı qadın 4 il əvvəl ölkəyə turist kimi gəlib, pandemiya və pul çatışmazlığı səbəbindən vətəninə qayıda bilməyib.

Hadisə oktyabrın 9-da baş verib və sosial şəbəkələrdə yayılıb. Polisə zəng edənlər özünü nalayiq aparan və yol hərəkətinə mane olan rusiyalı qadın barədə məlumat veriblər. Onun qanında ilkin testlər tetrahidrokannabinol (kannabisin tərkibində aşkar edilmiş) üçün müsbət nəticə göstərib.

Rusiyalı qadın oktyabrın 22-dək həbsdə olacaq. İstintaq immiqrasiya qanununa əsasən aparılır. Qadını 10 min ringgit (2,3 min dollar) məbləğində cərimə, beş ilədək həbs və altı şallaq zərbəsi gözləyir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 oktyabr 2024, 21:28
12 oktyabr 2024, 21:09
12 oktyabr 2024, 20:22
Top