Sumqayıt şəhərində 1985-ci il təvəllüdlü Sabir ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Süsənə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində baş verib. Sabir orada yerləşən fərdi evdə həyat yoldaşı Süsən ilə mübahisə edib. Aralarında baş vermiş mübahisə zamanı Sabir onun sinə nahiyyəsinə yumruqla, hər iki qolundan tutaraq sıxmaqla ona xəsarətlər yetirib.
Hadisəni törədən Sabirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sabir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Süsən onun həyat yoldaşıdır: “Atam və qardaşım öldükdən sonra əsəbi olmuşam. Ona görə belə hadisə baş verib. Hadisə günü aramızda baş vermiş mübahisə zamanı Süsəni vurmuşam”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. İşə baxan hakim təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sabirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az