Bakıda keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunda kriptovalyuta mövzusuna da toxunulub. İslam Maliyyəsi üzrə Rusiya Ekspertlər Assosiasiyasının məsul katibi Madina Kalimullina bildirib ki, islam hüququ artıq kriptovalyutaları qəbul etməlidir. Onun sözlərinə görə kriptovalyutaların 100 % halal olmamasını demək çətindir: "Bu, artıq reallıqdır. Kriptovalyuta günümüzdə ödəniş üsulu kimi qəbul olunur, bəzi ödənişlərdə isə hətta yeganə çıxış yoludur. Bu baxımdan islam hüququ bu reallığı qəbul etməlidir".
Məsələyə ilahiyyatçı Tural İrfanın münasibətini öyrəndik. T.İrfan Demokrat.az-a açıqlamasında qeyd etdi ki, kriptovalyuta anlayışı öncə İslam aləminə aydın izah edilməlidir. Onun fikrincə, cəmiyyətlərin mahiyyətini anlamadığı bir məfhum haqqında maraqlı dairələr haram hökmü versə, artıq bu iş mübahisəli məsələyə çevrilir:
"Aparıcı din üləması və müsəlman cəmiyyətləri ilə bu vasitəsinin faydaları, üstünlükləri müzakirə olunub aydınlaşdırılmalıdır. İnsanlar adətən mahiyyətini başa düşmədikləri hər şeyi inkar edirlər. İslam hüququnun kriptovalyutanı qəbul etməsi üçün əsas olmalıdır. Ən əsası ilə burada haram olmamalıdır. Yəni, bu, Qərbin, İslam düşmənlərinin bir oyunu, toru, tələsinə çevrilməməlidir. İstismar aləti kimi istənilən vasitə haramdır. Yox, əgər müasir dünya insanının inkişafına, rifahına, rahatlığına vəsilə olacaqsa İslam da bunu qəbul edir. Onsuz da İslam zühur edən vaxt da təbii ki, o dövrün şərtlərinə uyğun olaraq buna bənzər metodlarla alver, əvəzləmə yönləri ticarətdə olub".
İlahiyyatçı deyib ki, dünya inkişaf edir və yeniliklərlə ayaqlaşmaq qaçılmaz olur:
"Ona görə də başqa ödəniş yolu mülkün deyilsə, sırf kriptovalyuta ilə mümkündürsə, İslam bu yolu qəbul edir istisna hal kimi. Ancaq normal və sərbəst şəraitdə kriptovalyutadan istifadə üçün onun mahiyyəti tam aydınlaşmalı, faiz dərəcəsinin olub olmaması, digər incəliklər məlum olmalıdır ki, onun tam halal yaxud haram olmasına qərar verilsin".
Törə Zeynallı
Demokrat.az