"Tiktok", "İnstagram" kimi məşhur sosial platformalardan insanlar şikayətlərini dilə gətirmək üçün də istifadə edirlər.
Demokrat.az xəbər verir ki, dünən canlı yayımda bir xanım "insan içinə çıxa bilmirəm", "burnumdan utanıram", "intihar etmək istəyirəm" kimi ifadələr işlədirdi. Günahın həkimdə olduğunu vurğulayan qadın həkim səhlənkarlığının qurbanı olduğunu bildirirdi.
Həkim məsuliyyətsizliyi ucbatından estetik görünüşünü, sağlamlığını itirən insanlar var.
"Bu kimi halların cəzası nədir?"
Suala vəkil Turan Abdullazadə cavab verib.
"-Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı, cərrahiyyə əməliyyatı və yanlış diaqnoz nəticəsində şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Yəni, tibb müəssisəsi orada çalışan həkimlər üçün məsuliyyət daşıyır. Klinikada çalışan həkim səhv edirsə və bunun nəticəsində xəstəyə zərər dəyirsə, bu zaman dəyən zərərin əvəzi klinika tərəfindən ödənilməli olur. Klinika isə ona dəymiş zərəri həkimdən tələb edə bilər. Həkimlərin Hipokrat andında "Müalicəmi heç zaman pislik üçün deyil, hər zaman yardım üçün istifadə edəcəm" ifadəsi var. Həkimlərin Etik Davranış qaydalarında isə qeyd olunub ki, həkimlər öz fəaliyyətlərini peşəkar səviyyədə həyata keçirməli, pasiyenti əsassız riskə məruz qoymamalı, səhiyyə müəssisəsinin hüququnu aşağı sala biləcək hərəkətlərdən çəkinməlidir. Həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Eyni zamanda pasiyentə göstərdiyi xidmətin keyfiyyətinə görə də cavabdehlik daşıyır".
Mehriban Mirzəzadə
Demokrat.az