Politoloq: “Paşinyan İlham Əliyevin yanında hər zaman başı aşağı olmağa məhkumdur”

GÜNDƏM 09 oktyabr 2024, 14:11
“Ermənistan Baş naziri hər zaman Azərbaycan qarşısında boynu bükükdür. Çünki onun içərisində bir qorxu, zəiflik və əzginlik var”.

Bu sözləri Demokrat.az-a politoloq Tural İsmayılov deyib. 

Onun sözlərinə görə, Paşinyan yaxşı başa düşür ki, Azərbaycan əleyhinə apardığı kompaniyaların və eyni zamanda onun-bunun əlində oyuncaq olmağın nəticəsi Ermənistanı çox miskin və rəzil hala gətirib çıxarıb:



“Həmçinin, Paşinyan da məğlub ölkənin Baş naziri obrazı var. O, çox yaxşı başa düşür ki, qalib ölkənin rəhbəri İlham Əliyevin yanında, onun olduğu tədbirlərdə hər zaman başı aşağı olmağa məhkumdur. 

Əslində, Paşinyanın fotolarda Azərbaycan bayrağının qarşısında elə miskin və əzgin durumda görünməyi həm də psixoloji olaraq özündə bir simvolikanı ifadə edir. 

Bu, Ermənistanın siyasi hakimiyyətinin və rəhbərliyinin nə qədər yazıq və bərbad bir halda olduğunu növbəti dəfə nümayiş etdirir. Doğurdan da bugünkü Ermənistan hakimiyyəti özünün aldığı yalnış qərarlar üzündən dalana dirənib”.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top