ABŞ prezidentliyinə namizəd Kamala Harris CBS kanalına müsahibəsində İranı ABŞ-nin əsas düşməni adlandırıb. Harris qeyd edib ki, ABŞ İranın nə vaxtsa nüvə ölkəsinə çevrilməyəcəyindən əmin olmalıdır. Harris prezident seçilərsə ABŞ-İran münasibətlərinin necə davam edəcəyi ilə bağlı güneyli politoloq Çingiz Göytürk fikirlərini bölüşüb.
Ç.Göytürk Demokrat.az-a açıqlamasında deyib ki, İranın İsrailə ballistik raketlərlə hücumu və həmin raketlərin çoxunun İsrailin hava hücumundan müdafiə sistemlərindən keçərək hədəfə vurmasından sonra İranın dünyada sülh və təhlükəsizliyə nə dərəcədə təhdid olduğunu hər kəs kimi ABŞ-də prezidentliyə namizədlər də gördü:
“Kamala Harris Co Baydenin siyasətinin davamçısı olsa da, artıq yaranan yeni reallıqda kim seçilirsə, seçilsin, İran kimi böyük problemi gözardı edə bilməyəcək. Baydenin dönəmindən fərqli olaraq ABŞ sərt, radikal tədbirlər görmək məcburiyyətində qalacaq. Namizədlərin İran probleminə yanaşma tərzi ABŞ-də seçicilər üçün ciddi kriteriyaya çevrilmişdir. Harrisin İranı ölkənin əsas düşməni elan etməsinin Amerikada seçki atmosferi ərəfəsində səslənən bir fikir olduğunu düşünmək mümkündür. Bu, eyni zamanda, İran probleminin həllinin ABŞ-nin xarici siyasətində əsas məsələ olacağının ifadəsidir. Bundan sonra ABŞ-İran münasibətlərində Amerikada kimin prezident seçilməsindən daha çox İranın nüvə fəaliyyətlərinin və bölgədə terror qruplaşmaları ilə münasibətlərinin necəliyi həlledici olacaqdır. İran nüvə fəaliyyətlərini tamamilə dayandırıb terror qruplaşmalarını himayə etməkdən əl çəkəcəyinə dair Amerika və İsraili inandıra bilməsə, onun üçün çətin günlər qaçılmaz olacaq”.
Törə Zeynallı
Demokrat.az