Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi

SİYASƏT 04 oktyabr 2024, 15:58
Baş nazir Əli Əsədov Əhməd Əhmədzadənin Nazirlər Kabinetinin Aparatındakı vəzifəsini dəyişib. 

Qaynarinfo-nun məlumatına görə, Əhməd Əhmədzadə baş nazirin müşaviri vəzifəsindən köməkçi vəzifəsinə keçirilib. 

Bununla da, baş nazirin köməkçilərin sayı 3-ə (Əhməd Əhmədzadə,  Mehman Tağıyev, Fəxri İsmayılov) çatıb. Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov isə baş nazirin müşaviridir.

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadə 2021-ci ilin aprel ayında baş nazirin müşaviri təyin olunmuşdu. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top