"Oranın mənə məxsus olması yalandır" — Direktor vətəndaşlarda narazılıq yaradan "Beşmərtəbə" yeraltı keçidindəki satışdan DANIŞDI

SOSİAL 04 oktyabr 2024, 12:35
Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov paytaxtın mərkəzində yerləşən "Beşmərtəbə" adlanan yeraltı keçidin turistlər üçün ciddi təhlükə yaratması və keçiddən istifadə edən vətəndaşların buradakı anti-sanitar vəziyyətdən şikayətlənməsi məsələsinə münasibət bildirib. 

İntiqam Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, sözügedən yeraltı keçid Bakı Şəhər Ticarət və Xidmət Departamentinin balansında deyil:

"O ticarət yerinin bizə aidiyyəti yoxdur. Ora şəxsi mülkiyyətdə olan yerdir. Özlərinə müraciət edin. Həmin ticarət obyektlərinə yaxınlaşsanız, yəqin ki, sizə deyəcəklər" .

İntiqam Məmmədov yeraltı keçiddəki ticarət obyektlərinin ona məxsus olması iddialarına da münasibət bildirib:

"Oranın mənə məxsus olması barədə deyilənlərin hamısı yalandır, həddindən artıq yanlış məlumatdır. Mən heç o ərazidə olmamışam".


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top