Niftalı Quliyevin yeni kitabının təqdimat mərasimindən VİDEOREPORTAJ

SOSİAL 30 sentyabr 2024, 16:33

Qərbi Azərbaycandan olan tanınmış ziyalı Niftalı Quliyevin yeni kitabının təqdimat mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə mədəniyyət xadimləri, elm adamları və Qərbi Azərbaycandan olan ziyalılar iştirak ediblər.

“Nərimanlı... getməsək də, gəlməsək də, o – bizim kəndimizdir” adlı Göyçə mahalından bəhs edən kitab tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Kitabın təqdimat mərasimində çıxış edən müəllif kitabın yazılma səbəbindən bəhs edib. O, kitabı 3 ilə ərsəyə gətirdiyini bildirib:

Mərasimdə çıxış edən digər rəsmilər və ziyalılar da kitabla bağlı fikirlərini bölüşüblər. Onlar Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılması üçün bu cür əsərlərin mühüm rol oynadığını bildiriblər. 

Tədbirdə el aşığı ustad Fətulla öz maraqlı ifası ilə tədbir iştirakçılarını bir daha Göyçə saz-söz sənətinin tilsiminə salıb. O, Niftalı Quliyevə həsr elədiyi şeirini də səsləndirib.


Tədbirin sonunda müəllif imzalı kitablarını öz oxucularına təqdim edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 00:25
30 sentyabr 2024, 21:30
Top