Regionun ən böyük kitab festivalında ahıllar da iştirak edə biləcəklər — AÇIQLAMA

SOSİAL 30 sentyabr 2024, 14:14
“Azərbaycan Asiya Hekayələr Komitəsinin üzvüdür. İlk dəfə olaraq 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində təşkilatın təqdimatı baş tutacaq”.

Bunu jurnalistlərə 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri Akif Marifli açıqlayıb. A.Mariflinin sözlərinə görə sərgidə 18 ölkədən 56 təşkilat təmsil olunacaq, 300-dən çox tədbir keçiriləcək:

“Sərgi günlərində hər yaş kateqoriyasına uyğun masterklaslar keçiriləcək. İnklüzivlik sərgidə nəzərə alınan mühüm məqamlardan biridir. Ahıllar, yaşlı insanların sərgidə iştirakı üçün şərait yaradılıb. Bu sərgidə kitabla ebru sənəti vəhdət təşkil edəcək. Sərginin fəxri qonaqları arasında xarici yazarlar, nəşriyyatçılar da var”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 00:25
30 sentyabr 2024, 21:30
Top