“Araz” supermarketdə satılan xurmadan qurd çıxıb? - İDDİA (FOTO)

HADİSƏ 16 okt 2019, 23:23

Bakıda marketlərdə satılan qidalarla bağlı daha bir biabırçı mənzərə qeydə alınıb.


Demokrat.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Ramana qəsəbəsində fəaliyyət göstərən “Araz” supermarketində satılan xurmanın içində həşərat çıxıb.

 

Tunis növünə aid xurmanı alan müştərilərdən biri evində xurmanı yemək istəyərkən xoşagəlməz mənzərə ilə üzləşib. Saytımıza müraciət edən oxucumuz marketlərdə satılan qidalara nəzarətin olmamasından şikayətlənib.


Qeyd edək ki, qidaların içindən müxtəlif həşəratların çıxması halı dəfələrlə qeydə alınsa da, hələ də bu sahəyə nəzarət təmin edilməyib.

 

Faktla əlaqədar “Araz” marketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova Demokrat.az-a açıqlama verib:


"Müştərimizin belə bir halla qarşılaşmasına təəssüflənirik. Məlumat üçün bildirim ki, adıçəkilən məhsul "Aqro Allians" MMC tərəfindən tədarük olunur. İstehlakçı rəğbətini qazanmış, mütəmadi istehlak edilən məhsuldur. Məhsulun market daxilində saxlanma şəraitinə  əməl olunur. Qəbzdən görünür ki, müştərimiz məhsulu oktyabr ayının 1- də alıb. Hansı şəraitdə saxlanıldığı burada mühüm rol oynayır. Çünki xurma soyuq şəraitdə saxlanılmalıdır. Otaq hərarətində bir həftədən sonra xarab olur. Bütün hallarda məsələ ilə bağlı tədarükçü şirkətə məlumat verilib. Araşdırılır".

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top