“Azərişığ”ın dispetçerini cərəyan vurub öldürdü

HADİSƏ 28 sentyabr 2024, 09:44
Ağcabədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Demokrat.az xəbər verir ki, “Azərişıq” ASC-nin Ağcabədi Elektrik Şəbəkə İdarəsində dispetçer işləyən Hindarx qəsəbə sakini Səlim İslam oğlu İsmayılovu cərəyan vurub.

Onu Hindarx qəsəbəsində elektrik dirəyində naqilləri təmir edərkən “tok” vurub. S.İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top