Mahaçqalada yanacaqdoldurma məntəqəsində güclü partlayış: Ölənlərin sayı artdı

HADİSƏ 27 sentyabr 2024, 22:42

Mahaçqalada (Dağıstan Respublikası, Rusiya) yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

"Yenilənmiş məlumata görə, ümumilikdə 17 nəfər yaralanıb, təəssüf ki, ikisi uşaq olmaqla 7 nəfər ölüb", - deyə məlumatda bildirilir.

Xilasedicilər hadisə yerində ölən bir nəfərin cəsədini dağıntılar altından çıxarıblar.

Partlayış yerində dağıntıların təmizlənməsi davam edir

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top