Xaçmazda 33 yaşlı kişi öldürüldü

HADİSƏ 27 sentyabr 2024, 19:59
Xaçmazda 33 yaşlı oğlanı bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Əlipaşa Əlipaşayevin barəsində olan ittiham ağırlaşdırılıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə,onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Əlipaşa Əlipaşayevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Aynur Rzayevanın icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası oktyabrın 4-ə təyin olunub.

Xaçmaz rayonunda 1991-cı il təvəllüdlü Cəbrayılov Qərib Vahid oğlu rayon mərkəzində küçələrdən birində mübahisə zamanı bıçaq zərbəsi alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun ürək nahiyəsindən bıçaq yarası aldığı məlum olub. Həkimlərin çoxsaylı cəhdlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə ittiham olunan Əlipaşa Əlipaşayev hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top