Ziyafət Əsgərov vitse-spiker kimi Naxçıvanı TƏMSİL EDƏCƏK

GÜNDƏM 23 sentyabr 2024, 15:09
Xəbər verdiyimiz kimi, bu gün VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib. 

Demokrat.az xəbər verir ki, əvvəlki çağırışlardan fərqli olaraq bu dəfə vitse-spikerlərin sayı üç deyil, dördə bərabər olub.

Belə ki, VI çağırışda vitse-spikerlər müvafiq olaraq seçkilərdə qalib gələn partiyanı, bitərəfləri və müxalifəti təmsil edən şəxslər olmuşdu.

VII çağırışda isə Naxçıvan Muxtar Respublikasını təmsil edən vitse-spiker də fəaliyyət göstərəcək. 

Bu vəzifəni Ziyafət Əsgərov icra edəcək.

Xatırladaq ki, Ziyafət Əsgərov 1 saylı Şərur-Sədərək seçki dairəsindən millət vəkili seçilib. O, I çağırışdan bəri Milli Məclisin deputatdır. Z.Əsgərov II, III, IV və V çağırış parlamentdə də vitse-spiker olub.

Qeyd edək ki, Ziyafət Əsgərovdan əlavə, Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, Musa Qasımlı və Rafael Hüseynov isə sədrin müavinləri seçiliblər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top