Latviya Rusiya qırıcılarının hava məkanına daxil olduğunu iddia edib

DÜNYA 22 sentyabr 2024, 21:04

Rusiyanın 6 qırıcı təyyarəsi 20 və 21 sentyabr tarixlərində Baltik dənizi üzərində Latviyanın hava məkanına daxil olub.

Bu  barədə Latviya Hərbi Hava Qüvvələri X sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, Rusiya qırıcılarında transponder olmayıb, uçuş planı təqdim edilməyib. Latviya havaya “Eurofighter” qırıcı təyyarələrini qaldırıb, Rusiya qırıcıları sərhədə qədər müşayiət olunub.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top