NATO Yaxın Şərqdə yeni ofisini açacaq

DÜNYA 17 sentyabr 2024, 18:48
NATO bir neçə ay ərzində Əmmanda Yaxın Şərq ölkələri ilə kommunikasiya üçün səfirlik modeli əsasında fəaliyyət göstərəcək ofis açmaq niyyətindədir.

Demokrat.az xəbər verir ki, bu barədə alyansın Afrika və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “The National” qəzetinə müsahibəsində deyib.

“Bu səfirlik bizə siyasi məlumat toplamaq, insanlarla danışmaq və vəziyyətin necə dəyişdiyini daha yaxşı başa düşməyə kömək edəcək. Hətta bəzi cənublu tərəfdaşların istəyi olarsa, başqa ölkələrdə də iştirak etmək mümkün olacaq”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, NATO-nun Yaxın Şərqdə baş verənlərə xüsusi diqqət yetirməsi onun Ukraynaya dəstəyinə heç bir şəkildə təsir etməyəcək.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 12:00
Top