Bakıda yola qum töküb bağladılar

SOSİAL 14 sentyabr 2024, 10:28
Paytaxtın Mirzəağa Əliyev küçəsində köməkçi yolla hərəkət edən sürücülər əsas yola keçmək istəyərkən qəribə mənzərə ilə rastlaşırlar.

Demokrat.az Baku TV-yə istinadən xəbər verir ki, yolun ortasına bir neçə yük maşını ilə qum tökülüb. Nəticədə sürücülər yollarına həmin istiqamətdə davam edə bilmirlər və bu, küçədə sıxlığa səbəb olur.

Qumun kim tərəfindən və hansı məqsədlə töküldüyü isə məlum deyil.

Qeyd edək ki, yolun sözügedən hissəsində heç bir təmir-bərpa işi aparılmır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, əraziyə əməkdaşlar göndəriləcək. Əgər sözügedən çıxışın açılması hazırda həmin ərazidə hərəkətə edilən müvəqqəti dəyişikliyə maneə yaratmırsa, qum kütləsi qısa müddət ərzində yığışdırılacaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 15:59
Top