AzTV-dəki bu verilişin aparıcısı 5-ci dəfə dəyişdi

ŞOU-BİZNES 13 sentyabr 2024, 14:50
Aparıcı Xədicə Sənanqızı bir illik fasilədən sonra yenidən efirə qayıdır. 

Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, o, AzTV-də fəaliyyətini davam etdirəcək. Xədicə bildirib ki, "1 AzTV" proqramına bu mövsüm özü aparıcılıq edəcək. 

"Yeni mövsümdə yenilənmiş AzTV-də "1 AzTV" ilə qarşınızdayıq. Axşam şousunda əsl konsert dadında canlı solo ifalara şahidlik edəcəyik" deyə, aparıcı bildirib.

O, ilk qonağının yaxın rəfiqəsi, Əməkdar artist Sevda Ələkbərzadə olacağını vurğulayıb. 

Qeyd edək ki, "1 AzTV" proqramına Hüsniyə Məhərrəmova, Şəhriyar Əbilov, Mehin Hümbətova, Əməkdar artist Həcər Ağayeva aparıcılıq edib. 

Xədicə sözügedən kanalda səhər verilişində aparıcılıq edirdi. Ötən il aparıcı kanalla yollarını ayırdığını açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 15:59
Top