Ermənipərəstliyin Şvabe zirvəsi...

TƏHLİL 12 sentyabr 2024, 00:57
Cənubi Qafqaz regionunda, eləcə də dünyada böyük nüfuz sahibi olan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirtdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dünyada önəmli mövqelərdə qərarlaşıb, irəli sürdüyü təşəbbüslər daim dəstəklənir, dövlət başçımızın çıxışlarını dünyanın aparıcı kütləvi informasiya vasitələri maraqla izləyir və geniş şəkildə işıqlandırır. Müstəqil siyasət, səmərəli diplomatiya və güclü iqtisadiyyat hesabına 30 illik işğala və aqressiv separatçılığa son qoyan Azərbaycanın bu uğurları və qələbələri, hər zaman olduğu kimi, Qərbi çox narahat edir. Dövlətimiz gücləndikcə, dünyada nüfuzu artıqca, bəzi ermənipərəst dövlətlərin, o cümlədən erməni lobbisinə xidmət edən siyasi dairələrin və siyasətçilərin anti-Azərbaycan fəaliyyəti də genişlənir və eybəcər formalar alır.

Bu cür "siyasətçilərin" biri də Qərbin anti-Azərbaycan ritorikasının carçısı kimi çıxış edən, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasında xüsusi fəallıq göstərən almaniyalı deputat Frank Şvabedir.

Bəli! Adı onlarla maliyyə fırıldaqlarında hallanan, Makronun sifarişlərini bəh-bəhlə icra edən, erməni lobbisinin pulu ilə ölkəmizin əleyhinə dil boğaza qoymayan həmin Şvabedir. Bu riyakar və ikiüzlü siyasi təlxək son vaxtlar yenə çərənləyir. 

Bu psevdosiyasətçi ənənəvi olaraq Azərbaycan və onun başçısı barədə qərəzli, əsassız iddialar səsləndirir, dövlətimizə qarşı məkrini, fobiyasını nümayiş etdirir, yalan, iftira dolu fikirlər söyləyir. Şvabe ya AŞPA müşahidəçilərinin ölkəmizdəki seçkilərə dəvət olunmamasından, ya AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs verənlərin "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsindən gileylənir, ya  ölkəmizdə "siyasi məhbusların" mövcud olmasını, guya ölkəmizin Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq qalmadığını uydurur. Hay sevgisi ilə seçilən bu məxluq artıq ermənipərəstliyin ən yüksək zirvəsinə çevrilib.

Çevrilsin də! Amma unutmasın ki, kimlərin nə deməyindən asılı olmayaraq ölkəmiz öz yolu ilə inamla addımlayacaq, öz milli maraqlarının təmin edilməsi üçün bütün zəruri tədbirləri görəcək! Və qulağına sırğa etsin ki, Azərbaycan qərəzli yanaşmalara və ikili standartlara qətiyyətli cavabını verəcəkdir!  


Kamran Bayramov
VI çağırış Milli Məclisin deputatı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 oktyabr 2024, 09:20
15 oktyabr 2024, 08:48
Top