“Azərbaycan, Türkiyə və Gürcüstan arasında bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində fəaliyyətlər intensiv şəkildə davam edir. Üç tərəfdaş və dost ölkə “Qafqaz qartalı”, “Eternity” təlimlərində birgə iştirak edirlər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, bu təlimlər yüksək səviyyədə təşkil olunur. Ə.Verdiyev Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin Batumidə keçirilən 11-ci üçtərəfli görüşünə də münasibət bildirib:
“Nazirlərin görüşündə ikitərəfli və üçtərəfli formatda birgə hərbi əməkdaşlığın yeni perspektivlərinin, eləcə də regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Həmçinin görüşdə yaxın gələcəkdə keçiriləcək təlimlər müzakirə olunub. Bu təlimlərdə birgə uzlaşma,döyüş hazırlığının artırılması, hərbi təcrübə mübadiləsinin aparılması müzakirə edilib. Bu ölkələrin strateji tərəfdaşlığı bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib. Üçtərəfli əməkdaşlıq formatı həm iştirakçı dövlətlərin,həm də regionun maraqlarına cavab verir”.
Qeyd edək ki, Batumi şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü keçirilib. Görüş çərçivəsində üçtərəfli saziş imzalanıb. Sazişi Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani imzalayıblar.
Törə Zeynallı
Demokrat.az