Salyan rayonunda 1969-cu il təvəllüdlü Bəxtiyar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi Bəşirə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 1 oktyabr 2021-ci ildə baş verib. Bəxtiyar həmin gün Qaradağ rayonu, “Lökbatan dairəsi” adlanan ərazidə idarə etdiyi “Mersedes” markalı avtomobillə Salyan rayonuna müştəri aparmaq məqsədilə gözləyən zaman Salyan rayonunun Noxudlu kənd sakini Bəşir avtomobillə həmin yerə gəlib.
Bu zaman Bəxtiyar orada növbə gözləmədən Salyan şəhərinə müştəri aparmaq istəməsinə görə Bəşir ilə mübahisə edərək dalaşıb. Bundan sonra Bakı şəhərindən Salyan rayonuna qayıdarkən Bəşirin ona etdiyi telefon zəngi əsasında Salyan şəhər qəbirstanlığının yanında həmin gün saat 20:30-da sonuncunun idarə etdiyi avtomobildə onunla görüşüb.
Bu vaxt Bəxtiyar Qaradağ rayonu ərazisində yumruqla vuraraq ona xəsarətlər yetirdiyi üçün üzr istəməsini tələb etməsinə görə yenidən aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi məlum olmayan bıçaqla Bəşirə qəsdən bir dəfə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəxtiyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəsini dolandırmaq üçün icarəyə götürdüyü “Mersedes” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub: “1 oktyabr 2021-ci ildə, saat 15 radələrində mənim kimi Bakı şəhərinə sərnişin daşımaqla məşğul olan Bəşirlə aramızda Salyan şəhərinə sərnişin aparmaqla bağlı mübahisə yarandı. Lakin aramızda dava-dalaş olmadı. Həmin gün saat 20 radələrində Bəşir zəng vuraraq mənimlə Salyan şəhər qəbirstanlığının yanında görüşdü. Bəşirə məni vurduğuna görə məndən üzr istəməyisini tələb etdim. Bəşir üzr istəmək əvəzinə “yaxşı etmişəm səni vurmuşam”, - deyərkən yenidən aramızda dava-dalaş oldu. Mən də cibimdə olan açılıb qatlanan cib bıçağınıı çıxararaq ona bir zərbə vurdum. Həmin vaxt maşınla yoldan keçən yol patrul xədmətinin əməkdaşları bizi görərək maşını saxladılar. Onlara yaxınlaşaraq Bəşiri xəstəxanaya, məni isə Salyan Rayon Polis Şöbəsinə apardılar”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Bəşirin sözlərinə görə, hadisə vaxtı ilk olaraq Bəxtiyar başı ilə ona zərbə atıb: “Hadisədən sonra Bəxtiyar bir neçə dəfə telefon vasitəsilə məni yığaraq təkidlə görüşmək istəyini bildirdi. Bəxtiyar məni yenidən bıçaqla vurmasından ehtiyat etdiyim üçün maşında olan plastik kiçik boru ilə onu bir neçə dəfə vurdum”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəxtiyar 4 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az