"Tibdə uşaqların cinsindən asılı olaraq dünyaya tez və ya gec gəlməsi ilə bağlı bir fakt yoxdur" — AÇIQLAMA

GÜNDƏM 09 sentyabr 2024, 19:45
El arasında bəzən qız övladına hamilə olan analara “qız uşağı daha tez doğulur” deyə bir fikir söyləyirlər.  Bu isə ananın narahatlığına səbəb olur. Çünki övladını dünyaya gətirən ana uşağın daha sağlam olması üçün  çalışır. Ümumiyyətlə qız uşaqlarının erkən doğulması fikri doğrudurmu?  Erkən doğumlar uşaq və ananın sağlamlığına hansı təsirlər bağışlayır? 

Mövzu ilə bağlı Demokrat.az-ın suallarınl cavablandıran mama-ginekoloq Təranə Həsənova bildirdi ki, el arasındakı deyimlər elə məxsusdur:

“Təəssüf ki, elmdə və tibbdə belə bir fikir yoxdur. Tibdə uşaqların cinsindən asılı olaraq dünyaya tez və ya gec gəlməsi ilə bağlı bir fakt yoxdur. Bu heç bir yerdə sübut olunmayıb. Erkən doğuşların çox sayda səbəbləri var. Bu proses adətən ana və döldən aslıdır. Bu infeksion xəstəliklər də ola bilər, son zamanlar qızılcanın geniş yayıldığını müşahidə etdik və bu zaman erkən doğuşlar daha çox olurdu. Dediyim kimi, ana və döl tərəfindən müxtəlif problemlər nəticəsində erkən doğuşlar baş verə bilir. Erkən doğuşlar əsasən həftəsindən asılıdır. Əsasən, 22-ci həftədən 37-ci həftəyə qədər erkən doğuşları müəyyən etmək olar. Adətən 22-23-cü həftədə doğulan uşaqlar yaşama qabiliyyəti sıfıra bərabərdir. Onlar yaşaya bilmirlər. Çünki bu dərin erkən doğulmadır. Lakin 37-ci həftəyə daha yaxın həftələrdə doğulan uşaqların küvezdə müalicə şəraitində yaşama şansı daha yüksək olur.  Bir şərtlə ki, uşaq hansı şəkildə dünyaya gəlibsə, yəni erkən doğuşa səbəb olan faktor bu uşağın sağlamlığına  necə təsir edib. Əsas faktor budur. Əgər uşağın sağlamlığına və onun yaşama qabiliyyətinə imkan verəcək dərəcədə təsir edibsə, uşağı həkimlərin səyi ilə dünyada saxlamaq olur. Yox, əgər həmin faktor uşağın sağlamlığını çox ciddi zədələyibsə, həkim nə qədər səy göstərsə də, onu dünyada saxlamaq mümkün olmur.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2024, 09:25
17 sentyabr 2024, 08:41
Top