Göygöldə kafe yandı

HADİSƏ 08 sentyabr 2024, 11:10
Göygöl rayonunun Mollacəlilli kəndində ümumi sahəsi 160 m² olan obyektin (kafe kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları, lambirdən ibarət tavanı və içərisində olan əşyalar qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən xəbərə görə, yüksək temperaturdan 7 ədəd plastikdən ibarət pəncərə çərçivəsi deformasiyaya uğrayıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top