Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı — SƏBƏB

ŞOU-BİZNES 06 sentyabr 2024, 14:43
Akademik Milli Dram Teatrının direktoru Mehriban Ələkbərzadə aktyor Corc Qafarovu işdən çıxarıb. 

Bu barədə Qaynarinfo-ya teatrdan məlumat daxil olub. 

Aktyorun işdən çıxarılmasına səbəb ona həvalə edilən roldan imtina etməsi olub.

Teatrın yaradıcı aktyorlarından bir neçəsi Mehriban Ələkbərzadədən Corc Qafarovun teatra qaytarmasını xahiş edib. Lakin direktorun qərarı dəyişməyib.

Xatırladaq ki, aktyor Corc Qafarovu müğənni Roza Zərgərli övladlığa götürüb. O, həm də Qaraçuxur bələdiyyəsinin üzvüdür. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top