Ermənistanda Qərbi Nil virusuna yoluxanların sayı artıb

REGİON 05 sentyabr 2024, 13:57
Ermənistanda ümumilikdə 108 nəfər Qərbi Nil qızdırması virusuna yoluxub.

Demokrat.az-ın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, bu barədə ölkənin səhiyyə naziri Anait Avanesyan məlumat verib.

O bildirib ki, ən çox yoluxma Armavir və Ararat vilayətlərində müşahidə olunur.

Nazirin sözlərinə görə, bir həftə ərzində yoluxanların sayında 16 nəfərlik artım qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top