“AFB BANK” tender elan edir

BİZNES 05 sentyabr 2024, 09:32
“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti tender elan edir.

Tenderin adı: “Cisco” şəbəkə avadanlıqları üçün “Smart Net” lisenziyaların alışı
Tenderin elan tarixi: 05.09.2024
Tenderin son tarixi : 20.09.2024
12.09.2024 tarixinə kimi tenderdə iştirak yazılı olaraq təsdiq edilməlidir.
20.09.2024 tarixinə kimi qiymət təklifləri göndərilməlidir.
Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
  • tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
  • İştirakçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
  • İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
  • tender təklifi 20.10.2024 tarixinə kimi  qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
  • Optimal qiymət təklifi;
  • Texniki göstəricilərə uyğunluq;
  • Sənədləşmənin tələb olunan qaydada təşkili;
  • Sifarişin vaxtında və düzgün qaydada çatdırılması;

Tenderdə iştirak etmək istəyən  şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə   12.09.2024-cü il -tarixinə kimi   poçt vasitəsilə  (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466  ) ünvanına  Vüsal Mehdiyev adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu göndəriləcək. Yaranacaq suallarla bağlı  e-mail  vasitəsi ilə ( vusal.mehdiyev@afb.az  ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 )  ilə əlaqə saxlaya bilərsiniz.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top