"Neftçilər"də güclü yanğın — YENİLƏNDİ (VİDEO)

HADİSƏ 03 sentyabr 2024, 15:58
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunun ərazisində, Qara Qarayev küçəsində yerləşən ticarət obyektinin arxasındakı köməkçi tikilidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. 

Demokrat.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

*** 15:23

Bakıda metronun “Neftçilər” stansiyası və Nizami Rayon İcra Hakimiyyətinin binası yaxınlığında güclü yanğın başlayıb. 

Demokrat.az xəbər verir ki, bu barədə “report.az” görüntülər paylaşıb. 

Sözügedən görüntüləri təqdim edirik: 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top