Mehriban Əliyeva Səid Nəcəfzadəni TƏBRİK ETDİ — FOTO

İDMAN 02 sentyabr 2024, 15:02
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Paraatlet Səid Nəcəfzadənin “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib.

Demokrat.az xəbər verir ki, Birinci xanım idmançımızı çempionluq münasibətilə təbrik edib:

“Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!”.

Qeyd edək ki, T12 kateqoriyasında yer alan paraatlet uzunluğa tullanma növündə 7,27 metr nəticə ilə paralimpiya çempionu olub.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top