Universitetdən imtina edən tələbə yenidən ödənişsiz təhsil ala bilər?

SOSİAL 28 avqust 2024, 11:14
Bu gündən etibarən ali təhsil müəssisələrinə qeydiyyat prosesi başlayır.

Bəs, görəsən, universitetə dövlət sifarişi ilə qəbul olunmuş namizədlər təhsil almaqdan imtina edərlərsə, yenidən növbəti il ödənişsiz əsaslarla oxuya bilərlərmi?
 
Demokrat.az AzEdu.az-a istinadən xəbər verir ki, "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunub ki, hər bir vətəndaşın dövlət orta ixtisas təhsili pilləsində, peşə təhsili və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq hüququ var.

Buna görə də imtina etmiş şəxslər belə təhsillərini tamamlamadıqları üçün dövlət sifarişi əsasında yenidən təhsil ala bilərlər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 14:40
07 sentyabr 2024, 13:27
Top