Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü Azərbaycanda faciə

HADİSƏ 25 avqust 2024, 18:41
Astarada dənizin nəzarətsiz sularında boğulan 29 yaşlı Şamxal Həsənzadə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Demokrat.az
xəbər verir ki, əmisi İdrak Həsənovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, Şamxal nişanlı olub və payızda toyu olacaqdı. "O dünən nişanlısı və qayınanasını evlərində qoyub. Sonra dostları ilə dənizə çimməyə gedib. Dostlarla birlikdə dənizdə çimərkən Şamxal suda itib. Dostları qışqıraraq onu səsləyiblər. Axtarışların nəticəsiz olduğunu görənlər aidiyyəti üzrə məlumat veriblər".

Qeyd edək ki, axtarışlar davam edir. Əraziyə FHN-nin iki qrupu 18 nəfər canlı qüvvə və iki qayıq cəlb olunub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2024, 15:03
Top