Tanınmış jurnalistlərdən Gülpəri Bayramovaya dəstək çağırışı — FOTOLAR

GÜNDƏM 24 avqust 2024, 16:13
Ölkəmizin tanınmış jurnalistləri 16 saylı Yasamal ikinci seçki dairəsinin seçicilərinə çağırış ediblər. Müraciət müəllifləri dairənin seçicilərini deputatlığa namizəd, Azərbaycan Biznes Partnyorları Klubunun İdarə Heyətinin (BPC) sədri Gülpəriyə Bayramovaya səs verməyə çağırıblar.

Demokrat.az həmin müraciəti təqdim edir:

Şəhriyar İmanbəyli (Jurnalist, "Vostok Media Holdinq”inin vitse-prezidenti)

Gülpəri Bayramovanı xeyli müddətdir tanıyıram. Fəaliyyətini uzun zamandır izləyirəm. Olduğu yerlərə yenilik gətirən, kreativ yanaşması və baxışları olan iş xanımı, biznes təşkilatçısıdır. Rəhbəri olduğu Azərbaycan Biznes Partnyorları Klubu ölkəmizin aparıcı assosiativ ictimai birliklərindən biridir. Kifayət qədər də uğurlu layihələri olub. Onun seçki kampaniyası da möhtəşəmdir. Əminəm ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin seçiciləri düzgün seçim edəcək və Gülpəri Bayramovaya səs verəcəklər. 

Kənan Məstəliyev (Rekord.az informasiya portalının baş redaktoru)


Gülpəri Bayramova yenilikçidir, innovativdir, təşəbbüskardır. Çoxlu sayda uğurlu proyektləri olub. Gənc olmasına baxmayaraq, iş adamlarını bir araya gətirib, mütərəqqi bir məqsəd, "Made in Azerbaijan” brendinin təşviqi, Azərbaycan məhsullarının dünya bazarlarında daha artıq tanıdılması istiqamətində mühüm işlər görüb. İş adamlarımızla xarici tərəfdaşlar arasında partnyorluq münasibətləri formalaşdırmağa müvəffəq olub. Diplomatik korpuslarla sağlam və işgüzar təmaslar formalaşdırıb. Şübhə etmirəm ki, o, deputat kimi də uğurlu olacaq. Məhz elə bu səbəbdən də bütün seçiciləri Gülpəri Bayramovaya dəstək olmağa səsləyirəm!

Əfsələddin Ağalarov ( "Azxəbər” media qrupunun baş direktoru)

Gülpəri Bayramovanın seçki platforması ilə tanış olmuşam. Seçki təbliğat kampaniyasının gedişatını da yaxından izləyirəm. Düşünürəm ki, o, uğurlu millət vəkili olacaq. Bu günə qədərki fəaliyyəti də qənaətbəxşdir. Seçki marafonunun bitməsinə sayılı günlər qalır. Növbədənkənar parlament seçkiləri ölkəmizin inkişafında növbəti mərhələ olacaq. Seçicilər layiq bildiyi namizədlərə səs verəcəklər. İnanıram ki, Gülpəri Bayramova da 1 sentyabr seçkilərinin qalibləri sırasında olacaq.


Vasif Həsənli (Demokrat.az informasiya portalının baş redaktoru)


Son dövrlər Azərbaycanda assosiativ biznes birliklərinin sayı sürətlə artır. İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu prosesə mühüm töhfələr verirlər. Gülpəri Bayramova 2022-ci ilin yekunlarına görə KOBİA tərəfindən "İlin qadın sahibkarı” nominasiya üzrə təltif olunub. Çünki kifayət qədər uğurlu və məhsuldar fəaliyyəti olub. Mətbuatla da yaxından əməkdaşlıq edir. Fəaliyyəti barədə ictimai hesabatlıdır. Azərbaycan gəncliyinin və qadınlarının parlaq nümayəndəsi olaraq onun seçkiləri qazanacağına inanıram. Yasamal seçicilərinin də düzgün seçim edəcəyinə şübhə etmirəm.

Əlişir Əhəd (Tribuna İnformasiya Agentliyinin baş redaktoru)


Gülpəri Bayramova kimi gənclərimizin qanunvericilik orqanında təmsil olunması labüddür. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, hakimiyyət qolları yenilənməli və müasir dövrün tələblərinə cavab verməlidir. Son illər həyata keçirilən siyasət də bunu diqtə edir. Gülpəri Bayramova fəal bir gənc iş xanımı olaraq bir çox layihələrə imza atıb. Təkcə öz maddi maraqlarını düşünməyib və iş adamları arasında həmrəliyə də öz töhfəsini verib. Müxtəlif xarici dövlətlərdə Azərbaycan məhsullarının təqdimatı məqsədilə tədbirlər təşkil edib. Hesab edirəm ki, o, fəal deputat olacaq və Azərbaycan Parlamentinin də belə gənclərə ehtiyacı var. 

Azər Niftiyev (Jurnalist, Sosial Media Mərkəzinin direktoru)


Mən Gülpəri Bayramovanı bir neçə ildir tanıyıram. Birgə layihələrimiz olub. Rəhbəri olduğu Azərbaycan Biznes Partnyorları Klubunun İdarə Heyətinin üzvüyəm. Onu yaxından tanıyan, fəaliyyətinə bələd olan biri kimi, əminəm ki, Gülpəri Bayramova çox uğurlu bir deputat olacaq. 16 saylı Yasamal ikinci seçki dairəsinin ərazisində yaşayır, seçicilərlə doğma münasibətləri mövcuddur. Eyni zamanda iş adamı, biznes təşkilatçısı, ictimai fəal olaraq zəngin təcrübəsi var. Bütün bu keyfiyyətlər millət vəkili olmaq üçün zəruridir. Şübhə etmirəm ki, o, bu seçkilərin favoriti və qalibi olacaq. 16 saylı dairənin seçiciləri ona səs verəcəklər.

Xatırladaq ki, 29 yaşlı deputatlığa namizəd Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədridir. Rəhbəri olduğu qurumda ölkəmizin nüfuzlu iş adamları və 100-dən artıq şirkət kollektiv şəkildə təmsil olunur. Əsas fəaliyyət istiqaməti "Made in Azerbaijan” brendinin təşviqi olan BPC azərbaycanlı sahibkarların Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Çin və digər ölkələrə səfərlərini təşkil edərək, biznes tərəfdaşları ilə anlaşma müqavilələri imzalamasına nail olub. Səudiyyə Ərəbistanının, Küveytin, İordaniyanın, Meksikanın,  İraqın və Qətərin Azərbaycandakı diplomatik korpuslarında səfirlərlə azərbaycanlı sahibkarların görüşünü təşkil edib.

Azərbaycanın dövlət qurumları, vətəndaş cəmiyyəti insitutları, biznes təşkilatları və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında fəaliyyət göstərən Gülpəri Bayramova Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə "İlin uğurlu sahibkarı” nominasiyası üzrə təltif edilib. Mükafat mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və yüksək rütbəli dövlət rəsmiləri iştirak edib. "Made in Azerbaijan” brendinin təşviqindəki xidmətlərinə görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Kənd təsərrüfatı eksperti olaraq aqrar sektorun inkişafı ilə bağlı mətbuatda yüzlərlə məqaləsi dərc olunub. Kənd təsərrüfatı naziri və nazirlik rəsmiləri ilə görüşündə səmərələşdirici təkliflərini təqdim edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2024, 00:27
11 sentyabr 2024, 22:18
Top