Avropa İttifaqı (Aİ) noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan hakimiyyətini Ermənistanla sülh sazişi imzalamağa çağırır
Demokrat.az “Report”a istinadən xəbər verir ki, bu barədə Brüsselin “EUobserver” portalı Avropa Komissiyasına (AK) istinadən məlumat yayıb.
Qeyd olunub ki, davamlı və möhkəm sülhə doğru qətiyyətli addımlar atmağın vaxtı gəlib çatıb və Azərbaycan Ermənistanla sülh sazişi imzalamaq üçün COP29-un verəcəyi impulsdan istifadə etməlidir. Bununla belə, portal Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən yazır ki, yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması üçün hələ də ciddi maneələr var.
Politoloq Asif Nərimanlı Demokrat.az-a açıqlamasında deyib ki, noyabr ayına qədər sülh sazişinin imzalanması məsələsi daha öncə də gündəmə gəlib.
Onun sözlərinə görə, Azərbaycan dövləti bu məsələnin tərəfdarı kimi çıxış edir və Ermənistanı sülhə çağırır:
“Amma Ermənistanla Azərbaycan arasındakı ziddiyyətlərə baxdıqda bunun çətin olduğunu düşünmək olar. Çünki əvvəldən iki əsas ziddiyyətli məsələ var – bu, kommunikasiyaların hansı prinsiplə açılması və sərhədlərin delimitasiyası. Azərbaycan məsələdən çıxış yolu kimi delimitasiyanın sonraya saxlanılmasını təklif etdi, bunda da haqlıdır. Çünki sərhədlərin delimitasiyası uzunmüddətli prosesdir, hətta on illərlə vaxt apara bilər.
Delimitasiyanı gözləmək sülh prosesinin uzanması deməkdir. Ermənistan tərəfi isə sülh sazişində delimitasiyanın hansı prinsiplə aparılacağının qeyd olunmasını istəyir. Burada onun əsas məqsədi delimitasiyanın Almatı Bəyannaməsinə uyğun aparılmasıdır və sonrakı məsələlərdə buna istinad etmək istəyir. Almatı Bəyannaməsində SSRİ dağılan vaxt mövcud olan sərhəd xətləri göstərilir, bu da Azərbaycan torpaqları üzərində Ermənistan tərəfinə legitimlik hüququ verir.
Digər tərəfdən, əgər SSRİ dövründəki mövcud xətlər qəbul edilərsə, bu, Azərbaycan ordusunun hazırda sərhəddə dayandığı strateji mövqedən geri çəkilməsinə səbəb olacaq.
Fikrimcə, sülh sazişinin mətni ətrafında razılığa gəlinərsə, Azərbaycanın mövqeyi ön plana çıxacaq, delimitasiya məsələsi sonraya saxlanılacaq.
İkincə məsələyə gəldikdə isə Azərbaycanın şərtlərindən biri o idi ki, Naxçıvana maneəsiz keçid əldə olunsun. Naxçıvana gedən sərnişinlərdən və daşınan mallar üçün gömrük rüsumu tələb olunmasın. Tərəflər arasındakı razılaşmaya görə kommunikasiyaların açılması məsələsi sülh sazişinin mətnindən çıxarılır və sonraya saxlanılır”.
Ekspert hesab edirəm ki, noyabr ayına qədər sülh sazişi olmasa belə niyyət protokolu və ya çərçivə sazişi imzalana bilər:
“Bu, sülh sazişi ilə bağlı ilkin sənəd olaraq qəbul edilə bilər. Əsas məsələlərdən biri də Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsidir. Konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları var, ona görə də dəyişdirilməsi tələb edilir. Ermənistan tərəfi 2026-cı ilə yeni konstitusiyanın qəbul ediləcəyini bildirir. Bu o deməkdir ki, 2026-cı ilə qədər mövcud konstitusiya qüvvədə olacaq. Bu isə qəbul edilən deyil, çünki sülh sazişi indi imzalanarsa, Ermənistan 2026-cı ilə qədər bundan imtina edə və yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürə bilər.
Düşünürəm ki, çıxış yolu kimi sülh sazişinə qədər imzalanacaq ilkin sənədə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməklə bağlı bir bənd daxil edilə bilər.
Göstərilə bilər ki, Ermənistan 2026-cı ilin sonuna qədər həm yeni konstitusiya qəbul etməli, həm də normativ hüquqi aktlarından Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır. Yəni belə bəndlər daxil edilməklə noyabr ayına qədər ilkin sənədin imzalanması mümkün ola bilər və gözləniləndir”.
Törə Zeynallı
Demokrat.az