Politoloq: "Rusiya ilə müttəfiqlik səviyyəsində münasibətlər formalaşıb”

XARİCİ SİYASƏT 19 avqust 2024, 18:24
“Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri beynəlxalq səviyyədə diqqət çəkir. Çünki Rusiya dünyanın aparıcı dövlətlərindən biridir və BMT Təhlükəsizlik Şurasının üzvüdür. Eyni zamanda bölgədə əsas güclərdən biridir, 200 ildən artıq Rusiya bölgədə hakim rolunda çıxış edib. Azərbaycan-Rusiya münasibətlərinin inkişafı yüksələn xətt üzrə davam edir. Artıq müttəfiqlik səviyyəsində münasibətlər formalaşıb”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

O qeyd edib ki, Rusiya Prezidentinin Bakı səfərində müzakirə olunacaq ikitərəfli, regional və qlobal mövzuları əhatə edən bir çox məsələlər var: 

“İqtisadi, siyasi, mədəni, humanitar, kommunikasiya, nəqliyyat və logistika ilə bağlı məsələlər gündəmdədir. Rusiya və Azərbaycan Şimal-Cənub Dəhlizi layihəsini həyata keçirən ölkələrdəndir. Bundan başqa Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirak etməyi arzulayır və əldə olunmuş üçtərəfli bəyanatlar əsasında sülh müqaviləsi, delimitasiya və demarkasiya, kommunikasiyaların açılması məsələlərinin həll olunmasını istəyir”. 

Ekspertin sözlərinə görə, hazırda Rusiyanın bölgədə maraqlarına toxunan və mövqeyini zəiflədən proseslər gedir:

“Qərb Ermənistandan istifadə edərək Rusiyanı bölgədən sıxışdırmağa çalışır. Rusiya Prezidenti bu səfər zamanı Cənubi Qafqazda mövqelərini möhləmləndirməyə çalışacaq. Azərbaycan özünün yaratdığı yeni reallıqlarla diqqət çəkən etibarlı tərəfdaş statusundadır, bu, Rusiya üçün də belədir. Rusiya ilə münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır. 

İranla İsrail arasında gərginliyin artdığı bir vaxta təsadüf etməsi ilə də bu səfər diqqət çəkir. Putinin Bakıya səfəri əslində İrandakı anti Azərbaycan qüvvələrə bir mesaj sayıla bilər. Putin bu səfərlə göstərir ki, Rusiya Azərbaycanı necə dəyərləndirir və Azərbaycanla təhdid dilə ilə danışmaq doğru deyil. 

Düşünürəm ki, səfərin müsbət nəticələri olacaq və bölgədəki proseslərə də müsbət təsir edəcək”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 14:40
07 sentyabr 2024, 13:27
Top