"BakıKart" hesablarındakı vəsait silinib? — AÇIQLAMA

SOSİAL 14 avqust 2024, 22:30
"Azərbaycan vətəndaşlarının "BakıKart" mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib".

Demokrat.az xəbər verir ki, bu barədə"Report"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Yaranmış texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik. Mobil Tətbiqin işi bərpa olunduqdan sonra vətəndaşlar hesablarındakı vəsaitdən istifadə edə biləcəklər", - deyə məlumatda qeyd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 13:27
Top