Almaniyada yerləşən Lufthansa aviaşirkəti Yaxın Şərqə uçuşları dayandırmaq qərarını uzadıb.
Demokrat.az xəbər verir ki, qrupun bu gün verdiyi açıqlamada Yaxın Şərqdə qarşıdurmaların artması ilə bağlı narahatlıqlar səbəbilə avqustun 21-dək Tel-Əviv, Tehran, Beyrut,
Əmman və Ərbilə uçuşların həyata keçirilməyəcəyi bildirilib.
Lufthansa e-poçt vasitəsilə verdiyi açıqlamada, bu müddət ərzində İran və İraq hava məkanından istifadə etməyəcəyini bildirib.
Qeyd edək ki, Lufthansa Qrupuna həmçinin Eurowings, Swiss, Austrian Airlines və Brussels Airlines kimi şirkətlər daxildir.
Məlumata görə, Fransanın “Air France” və onun törəmə şirkəti “Transavia France” bu gün bölgədə davam edən gərginlik səbəbiylə Beyruta uçuşların dayandırılmasını 14 avqust
Çərşənbə gününə qədər uzatdıqlarını açıqlayıb.
“Air France”-dan verilən açıqlamada, iyulun 29-dan etibarən uçuşların Livanda təhlükəsizlik vəziyyəti ilə əlaqədar dayandırıldığı və onların bərpasının yerdə vəziyyətin yeni qiymətləndirilməsinə tabe olacağı bildirilib.
Aviaşirkət, müştərilərinin və ekipajının təhlükəsizliyinin mütləq prioritet olduğunu söyləyib.
Bildirək ki, Avqustun 18-dək uçuşlar üçün rezervasiya etmiş müştərilər səyahətlərini pulsuz ləğv edə və ya dəyişdirə biləcəklər.
Xatırladaq ki, İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsindən sonra İranın İsrailə qarşı gözlənilən cavabı bölgədəki hava yolları şirkətlərinin uçuşlarına təsirini davam etdirir.
Mehriban Mirzəzadə
Demokrat.az