"Atəşkəs əldə olunarsa, İsrail məqsədinə çatmayacaq" — HƏMAS-la danışıqlar başlayır?

GÜNDƏM 09 avqust 2024, 13:13
HƏMAS-la İsrail razılığa gələ bilər. Hərəkatın Siyasi bürosunun yeni rəhbəri Yəhya Sinvar İsraillə atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəlməkdə maraqlı olduğunu bildirib. İsrail mediası HƏMAS-dakı mənbələrə istinadən məlumat yayıb ki, Sinvar hərəkatın Qəzza zolağından kənarda olan rəhbərliyinin nümayəndələrinə göndərdiyi mesajda onları İranın gözlənilən hücumuna qədər İsraillə atəşkəsə dair razılığa gəlməyə çağırıb. Bildirilir ki, Hərəkatın yeni liderinin Tehranla münasibətləri yaxşı deyil və o, HƏMAS-ın hərbi rəhbərliyi tərəfindən də ciddi təzyiqlərə məruz qalır. 

Politoloq Əhəd Məmmədli Demokrat.az-a açıqlamasında deyib ki, İsrail bu savaş boyu HƏMAS-ın Qətərdəki rəhbər heyət üzvlərindən heç birini öldürə bilmədi:

“HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə öldürüldü, ailəsi öldürüldü. Yəhya Sinvar HƏMAS-ın hərbi qolunun lideridir və İsraillə sona qədər savaşmağın tərəfdarıdır. İsrail ona heç nə edə bilmir. Yəhya Sinvar digərlərindən fərqli olaraq Qətərdə deyil, Qəzzada oturub, İsrail texnoloji imkanlarına baxmayaraq onun yerini təsbit edib öldürə bilmədi.Özü vaxtilə əsirlərlə dəyişdirilməsinə baxmayaraq müharibə adamıdır, amma danışıqlara gedə bilər. Sinvar hərəkatın Qətərdəki liderlərinin də İsraillə danışıqlar prosesinə müdaxilə etməsini istəmir. İstəyir ki, danışıqlarda yalnız onun müavini Xəlil əl-Həyya və Siyasi büronun üzvü Qazi Həməd iştirak etsin. İsrail də buna razı olsa, oktybarda başlatdığı əməliyyatlar hədəfə çatmayacaq. İsrail əməliyyatlara başlayanda deyirdi ki, HƏMAS tamamilə məhv edilməlidir. Bunu deyən dövlət hərəkat liderləri ilə danışıqlara başlayıb atəşkəs elan edərsə, əsirləri dəyişdirərsə, nəticə etibarilə məqsədinə çatmamış olacaq. İsmayıl Haniyə ilə də danışıqlar gedirdi, amma öldürüldü. Sual yaranır ki, eyni danışıqlar Yəhya Sinvarla davam etdiriləcəksə, o zaman Haniyənin öldürülməsi nə məna kəsb edir?!” 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2024, 17:45
10 sentyabr 2024, 17:42
10 sentyabr 2024, 15:03
Top