Yaponiyada 7,1 maqnitudalı zəlzələ oldu

DÜNYA 08 avqust 2024, 14:00
Yaponiyanın cənub-şərqində 7,1 maqnitudalı zəlzələ olub.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Küsü adasındakı Miyadzaki prefekturasının yaxınlığında, ocağı isə 30 km dərinlikdə yerləşib.

Seysmoloqların məlumatına görə, Kaqosima, Koti, Miyadzaki, Oita və Ehime prefekturaları ərazilərində dalğaların gündürlüyü 1 metrədək çata bilər.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top