Zaxarova: Ermənistana qardaş dəstəyi bundan sonra da davam edəcək

DÜNYA 08 avqust 2024, 11:54
ABŞ-nin Ermənistanın Rusiyadan üz döndərdiyi barədə bəyanatları əsassızdır. İki ölkə arasında əsrlərdir formalaşan əlaqələr Qərbin bütün sınaqlarına tab gətirə biləcək.

Demokrat.az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O deyib ki, rəsmi Vaşinqtonun bu addımlarının reallıqla əlaqəsi yoxdur:

"O'Brayen deyir ki, Ermənistan Rusiyadan üz döndərmək istəyir. Bu fikirlər ABŞ tərəfinə xas olan geosiyasi manevrlərdən biridir. Əsas məqsəd dünya ictimaiyyətində Vaşinqtona xas olan "reallıq" barədə təsəvvür yaratmaqdır. ABŞ-nin ölkəmizlə Ermənistan arasındakı əlaqələri məruz qoyduğu sınaqlar uğursuzluqla nəticələnir. Tarix boyunca Ermənistana göstərdiyimiz qardaş dəstəyi bundan sonra da davam edəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top