Laçında itkin düşən hərbçimizə Gəncədə vida mərasimi keçirildi

SOSİAL 08 avqust 2024, 11:13
Laçın rayonunda 2022-ci ildə itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayevin meyitinin qalıqları Gəncə şəhərində ailəsinə təhvil verilib.

Demokrat.az xəbər verir ki, vida mərasimi onun ailəsini Gəncə şəhərində yaşadığı Məhsəti qəsəbəsində baş tutub.

Mərasimdə Firdovsi Abdullayevin ailə üzvləri, şəhid ailələri, qazi və hərbiçilər iştirak edirlər.
Vida mərasimindən sonra Firdovsi Abdullayevin meyitinin qalıqları sabah Gəncənin Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, Firdovsi Mais oğlu Abdullayev 2003-cü il fevralın 9-da Goranboy rayonunda anadan olub. F.Abdullayev və onun əsgər yoldaşı, 2003-cü il təvəllüdlü Fərid Əjdər oğlu Məmmədov 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb. Onların meyitlərinin qalıqları 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top