Türkiyə Ordusu şəhid verdi

DÜNYA 07 avqust 2024, 15:42
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pənçə- Kilit” əməliyyat bölgəsində şəhid verib.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, avqustun 7-də “Pəncə-Kilit” əməliyyatı bölgəsində aparılan axtarış və yoxlama fəaliyyəti zamanı terrorçular tərəfindən hücum təşkil edilib. Xain hücum nəticəsində çavuş Habip Murat Alp şəhid olub.

“Bizi dərindən sarsıdan bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığ verir və səbr diləyirik”, - məlumatda qeyd edilib.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top