İşdən çıxarılan icra başçısı kimdir? — DOSYE

DAXİLİ SİYASƏT 07 avqust 2024, 12:14
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Tofiq Hüseyn oğlu İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Demokrat.az Tofiq İbrahimovun dosyesini oxucularına təqdim edir:

Tofiq İbrahimov 1954-cü il yanvarın 1-də Qəbələ şəhərində anadan olub. O, 1970-ci ildə Qəbələ şəhər 1 saylı orta məktəbini, 1975-ci ildə Azərbaycan Dövlət Universitetini (Bakı Dövlət Universitetini), sonra ikinci təhsil kimi Təfəkkür Universitetinin hüquq fakultəsini bitirib.

T.İbrahimov 2004-cü ilin mart ayının 26-da Azərbaycan Prezidentinin sərəncamı ilə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, Azərbaycan Prezidentinin 4 mart 2010-cu il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib.

4 mart 2010-cu ildən 14 aprel 2012-ci ilə kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Prezidentin 7 avqust 2024-cü il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Tofiq İbrahimov Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, üç övladı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top