Paris-2024: Süleymanov xalçaya çıxır

İDMAN 06 avqust 2024, 11:32
Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Demokrat.az İdman.Biz-ə istinadən bildirir ki, bu gün yunan-Roma güləşində daha iki çəkidə mübarizəyə start veriləcək.

Azərbaycan millisinin bir güləşçisi xalçaya çıxacaq. Sənan Süleymanov Fransa paytaxtında mübarizəyə başlayacaq. Qarşılaşmalara Bakı vaxtı ilə saat 13:30-da start veriləcək.

Yunan-Roma güləşi
77 kq

Dünya çempionatlarının ikiqat gümüş mükafatçısı Sənan Süleymanov yarışa 1/8 finaldan başlayacaq. Onun ilk rəqibi Aik Mnatsakanyan (Bolqarıstan) olacaq.

Qeyd edək ki, Sənan Avropa çempionatlarında qızıl və ikiqat bürünc mükafatçısıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top