Ərdoğanla Meloninin güldürən dialoqu: “Aşağı enin...” — FOTO

DÜNYA 16 may 2025, 21:14
Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi maraqlı anlarla tarixə yazılır. 

 Albaniya Baş naziri Edi Ramanın italiyalı həmkarı Giorgia Melonini diz çökərək qarşılaması, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Edi Ramanın idman ayaqqabılarına “ilişməsi”, mərasimə qatılan prezidentlərin, Baş nazirlərin süni intelleklə uşaqlıqlarının canlandırılması mərasimə olan marağı daha da artırıb.

Liderlərin şəkilləri çəkilərkən İtaliya Baş naziri Giorgia Meloni ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında da gülüşlərə səbəb olan dialoq yaşanıb. Meloni özündən bir pillə hündürdə dayanan Ərdoğandan boy fərqinin daha da çox olmaması üçün aşağı enməsini xahiş edib və bunu jestlərlə başa salıb.(Savashmedia.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top