HƏMAS lideri İsmayıl Haniyənin qətlindən sonra İranın İsrailə cavab zərbəsi endirəcəyi gözlənilirdi. Lakin hələ ki, bu, baş verməyib. Bununla belə, İranda İsrail xüsusi xitməti ilə əməkdaşlığa görə 20-dən çox yüksək rütbəli şəxs həbs edilib. Həmçinin, dünya gündəmində Haniyənin qətli ilə bağlı müxtəlif versiyalar səsləndirilir.
Ümumiyyətlə, İran İsrail ilə qarşıdurmaya gedəcək?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Elşən Manafov bildirib ki, İran, habelə onunla bağlı proksi qüvvələrin İsrailə qarşı hərbi əməliyyatlara keçəcəyi birmənalıdır.
Elşən Manafovun sözlərinə görə, rəsmi Tehran İsrailə zərbə endirəcəyi ilə baglı mövqeyini izhar etsə də, bu zərbənin nə vaxt və necə olacağı ilə bağlı suallar açıq qalır:
“İsrail İranda Həmas liderini qətlə yetirməklə siyasi qətl həyata keçirib. Həmas Qəzza əhalisinin Fələstin hökumətindəki qanuni və legetim təmsilçisidir. Bunu İsrail və Qərbin qəbul etməsindən asili olmayaraq, İran, Rusiya, Çin və bir sira ərəb ölkələri kimi Türkiyə də haqlı olaraq Həmasi terrorçu deyil, siyasi və legetim təşkilat kimi qəbul edir. .
Həmas liderini İranda öldurməklə İsrail suveren dövlətə qarşi təcavüz aktını həyata keçirmiş oldu. Onu təhdid və təhqir etdi. Bu mənada İsrailə cavab vermək İran üçün bir şərəf işidir. Çünki İranın təhlükəsizliyində kövrək nöqtələrin olduğu amilini İsrail qabarda bilib və ABŞ üçün bir növ təftiş işini həyata keçirib.
Netanyahu hökuməti bilərəkdən eskalasiyanın gücləndirilməsi istiqamətində addım atıb. Həmasin müqavimətini qira bilmədiyindən o bir tərəfdən daxildə etiraz elektorati və müxalifətin haqlı ittihamlari ilə üzbəüz qalıb. Digər tərəfdən Həmas liderinə qarşı terror aktını həyata keçirməklə Netanyahu ABŞ-ni regional müharibəyə cəlb etmək və müttəfiqindən daha böyük həcmdə maliyyə və hərbi dəstək almağı planlaşdırıb.
Böyük ehtimalla zərbələr İranla bağlı proksi qüvvələr tərəfindən endiriləcək. Burada isə əsas zərbə qüvvəsi kimi Livanda Hizbullah, Suriyada SEPAH-ın tabeliyində olan ələvilər, Yəməndə husilər çıxış edəcəklər. General Qasiminin qətlindən sonra olduğu kimi əvvəlcədən endiriləcək zərbələrin hədəfləri barədə qarşı tərəfin məlumat əldə edəcəyini istisna etmək olmaz.
İran və İsrail arasinda birbaşa hərbi əməliyyatlarin gərgin fazaya keçmə riskinə qlobal güclər imkan versələr, bu halda lokal şəkildə başlanmış münaqişənin qısa zamanda qlobal müstəviyə keçmə ehtimali yüksəkdir. Bu isə mübarizənin regional xarakterinin dünya nizamina təsirinin artması demək olacaq”.
Əfsanə Rəcəb
Demokrat.az